Xidmətlərimiz

İT infrastrukturunun qurulması
İnfrastruktur bir sistemi və ya təşkilatı dəstəkləyən təməl və ya çərçivədir. Hesablamada İT infrastrukturu verilənlərin axını, saxlanması, işlənməsi və təhlilini dəstəkləyən fiziki və virtual resurslardan ibarətdir.
İT infrastruktur həm fiziki, həm də virtual mənbələrdən ibarət təchizat (hardware), proqram təminatı və şəbəkə kimi komponentləri özündə birləşdirən vahid bir sistemdir.
Düzgün şəkildə həyata keçirilmiş bir infrastruktura sahib olmaq müəssisənin hədəflərinə çatmasına və bazarda rəqabət üstünlüyünə kömək olan amillərdəndir.

İT dəstək xidməti
«itBaku»nun kənardan qoşulma xidmətinə qoşulmaqla, istər şəbəkənizdə, istərsə də kompüterinizdə olan bir çox problemləri anında aradan qaldırmağa qadirik. Problemin həlli mümkün olmadıqda, sifarişlə ünvanınıza gələ bilərik.
Kənardan qoşulma xidmətinin üstünlüyü ondadır ki, siz vaxtınıza və büdcənizə qənaət etmiş olursunuz. Eləcə də bu xidməti bizimlə çalışan şirkətlərin işinin fasiləsizliyi üçün tez bir zamanda edirik.

İT Autsorsinq xidməti
İnformasiya sisteminin qurulması və idarə olunması üzrə işlərin kənar təşkilata həvalə olunmasıdır. Autsorsinqin dünyada ən geniş yayılmış forması İT-autsorsinqdir.
Bu xidmət nəticəsində IT şöbəsi üçün çəkəcəyiniz bütün xərclərdən sizi azad edir və fasiləsiz İT dəstək təmin edirik.
Autsorsingin daha bir üstün cəhəti xidmətlərin dəyərinin, daimi işçinin əmək haqqından daha aşağı olmasındadır.
Ofisinizdə İT əməkdaşa yer ayırmadan,əmək müqaviləsi bağlamadan qısa müddətdə sərfəli və keyfiyyətli İT xidməti əldə edə bilərsiniz.
Biz müştərilərimizə günün 24 saatı və həftənin 7 günü ərzində fasiləsiz və operativ xidmət göstəririk.
Bu xidmət çərçivəsində aşağıdakı xidmətləri təklif edirik:
-Serverlərin idarə edilməsi
-Kompüter parkının idarə edilməsi və s.

Virtual Private Server xidmətləri
VPS (virtual şəxsi server) hostinq və fiziki serverin üstünlüklərini özündə birləşdirir.
Texnologiya ayrılmış virtual serveri fiziki serverin çərçivəsində çalışdırmaq üçün imkan yaradır. Bir fiziki serverdə bir neçə virtual server yerləşə bilər.
Hər VPS root-giriş-ə, öz İP-ünvanına və özünün firewall-a malikdir.Faktiki olaraq, bu, bir fiziki serverin imkanlarına malik olan tamamilə ayrı serverdir.
Siz yaxşı təklif axtarışlarında ola bilərsiniz, biz isə ən münasib xidmət və qiymət təklif edirik!

İT xidmətləri
•Server Əməliyyat Sistemlərinin və Servislerinin yazılması və tənzimlənməsi
•Firewall cihazlarının quraşdırılması və konfiqurasiya edilərək şəbəkə təhlükəsizliyinin təmin edilməsi
•Korporativ elektron poçtun (Mail Server) yaradılması və tənzimlənməsi
•Mərkəzi Antivirus və Lokal Firewall sisteminin qurulması
•Lokal (Ofis daxili şəbəkə) şəbəkələrinin qurulması
•Proqram təminatının yazılması — 7, 8.1, 10, 11
•Kompüter və avadanlıqların profilaktikası
•Kompüterlərin köklənməsi və avadanlıqların yenilənməsi (upgrade) •Kompüterlərin və Çap aletlərinin (printer, skaner və s.) operativ təmiri və sazlanması

Video müşahidə kameralarının quraşdırılması
Videomüşahidə sistemləri ilk növbədə qorunan obyektin müxtəlif nöqtələrindən vizual məlumat almaq üçün nəzərdə tutulub. Müasir dünyada videomüşahidə sistemləri təkcə ərazilərin və ya ərazilərin müşahidəsinin təşkilində köməkçi rolunu oynamır.
Evdə oğrulardan qorunmaq, iş yerlərində oğurluq hallarının qarşısını almaq və personala nəzarət üçün video müşahidə sistemləri mütləqdir.
Video musahide sistemleri hansı hallarda istifadə olunmalıdır?
•Ev, ofis, sənaye müəssisələri və iaşə obyektlərində təhlükəsizliyə nəzarət etmək üçün;
•Ofis şəraitində və ya ərazidə personala, işin gedişatına nəzarət etmək üçün;
•İş prosesini təqib etmək üçün;
•İstehlakçı davranışlarını, müştəriləri analiz etmək üçün;
•Evdə yalnız və ya baxıcısı ilə birlikdə olan körpəyə smartfonla nəzarət etmək üçün və s.
Otellərə, bağ evlərinə, ofislərə, və s. obyektlərə şirkətimizin peşəkar mütəxəsisləri tərəfindən quraşdırılır. Quraşdırılmış bütün avadanlıqlara zəmanət verilir.
Professional və keyfiyyətli xidmət, problemlərin çevik və etibarlı həlli üçün, bizə müraciət edin.