Bizim haqqımızda

Fəaliyyət tariximiz

«itBaku» 2018-ci ilin sentyabr ayında informasiya texnologiyaları sahəsində xidmət göstərən, beynəlxalq sertifikatlara və yüksək İT biliklərinə sahib olan iki dost tərəfindən yaradılmışdır.

Yaranma səbəbimiz Azərbaycanda fəaliyyət göstərən kiçik, orta, böyük müəssisə və qurumlara İT xidmətləri göstərmək, onların bu sferada tələbatlarını qarşılamaq, yüksək səviyyədə xidmət göstərmək olmuşdur.

Fəaliyyətimizin dörd ildən çox müddətində bir neçə şirkətlərə, həmçinin fiziki şəxslərə xidmət göstərmişik. İnformasiya və Telekommunikasiya Texnologiyaları sahəsində yüksək təcrübəyə və biliyə yiyələnmişik. Bunun sayəsində müştərilərimizə yüksək xidmət və geniş çeşidli təkliflər edə bilirik.

Hazırda «itBaku» komandasında 10-dan çox yüksək təcrübə,biliyə və beynəlxalq sertifikatlara məxsus İT mütəxəssislər çalışır.

Missiyamız

Bizim başlıca məqsədimiz təşkilatlara və fiziki şəxslərə daha münasib və əlçatan İT xidmətləri təklif etməklə, onların işlərini asanlaşdırmaqdır.

Hədəflərimiz

Başlıca hədəfimiz yüksək rəqabətlilik qabiliyyətimizi qorumaq, müştərilərimizə professional xidmət göstərməklə loyallığı qorumaqdır.

Prinsiplərimiz

Yüksək keyfiyyət, professional xidmət, etibarlılıq, müştəri məmnuniyyəti, komandamızda birlik və mehribançılıq ənənələrinin qorunmasıdır!